Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində

12 Sentyabr 2020 19:26

Xəbər 731 dəfə oxunub

Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında ikinci finalçı müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin ikinci yarımfinal görüşündə Danil Medvedev (Rusiya) və Dominik Tim (Avstriya) üz-üzə gəliblər. İki saat 53 dəqiqə davam edən görüş avstriyalı tennisçinin qələbəsi ilə başa çatıb – 6:2, 7:6 (9:7), 7:6 (7:5).Dominik Tim turnirin həlledici görüşündə almaniyalı Aleksander Zverev ilə qarşılaşacaq.A.Zverev yarımfinalda Pablo Karreno-Busta (İspaniya) üzərində çətin qələbə qazanıb – 6:3, 6:2, 3:6, 4:6, 3:6.Ümumi mükafat fondu 53,4 milyon dollar təşkil edən turnirə sentyabrın 13-də yekun vurulacaq.xeber100.com