Tennis üzrə Madrid turnirinin qalibləri müəyyənləşib

1 May 2020 18:49

Xəbər 534 dəfə oxunub

Tennis üzrə virtual Madrid turnirinin qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, kişi tennisçilər arasında fərdi yarışların finalında Böyük Britaniya təmsilçisi Endi Marrey belçikalı David Qoffeni 7:6 (7:5) hesabı ilə məğlub edib.Qadınların mübarizəsində isə niderlandlı Kiki Bertens Fransa tennisçisi Fiona Ferrodan üstün olub – 6:2.Qeyd edək ki, turnirin yarımfinal mərhələsində E.Marrey argentinalı Dieqo Şvartsmanı, K.Bertens isə Danimarka təmsilçisi Karolina Voznyaçkini məğlub edib.xeber100.com