İyulun 9-da tennis üzrə kişilər arasında “Böyük Dəbilqə” seriyasından London açıq turnirində (Wimbledon) ikinci yarımfinal görüşü keçirilib.Azərtac xəbər verir ki, görüşdə Novak Cokoviç (Serbiya) Kanada təmsilçisi Denis Şapovalovla ilə üz-üzə gəlib. Görüş serbiyalı tennisçinin inamlı qələbəsi ilə başa çatıb – 3:0 (7:6, 7:5, 7:5).Dörddəbir finalda Novak Cokoviç macarıstanlı Marton Fuçoviçdən (6:3, 6:4, 6:4), Denis Şapovalov isə rusiyalı Karen Xaçanovdan (4:6, 6:3, 7:5, 1:6, 4:6) güclü olub.Xatırladaq ki, yarımfinal mərhələsinin digər görüşündə Matteo Barrettini (İtaliya) Xubert Qurkaçdan (Polşa) üstün olub – 3:1 (6:3, 6:0, 6:7, 6:4)Turnirin final görüşü iyulun 11-də keçiriləcək.Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə serbiyalı Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…