Tennis yarışlarının altıncı günündə doqquz atlet qarşılaşacaq

17 May 2017 11:18

Xəbər 600 dəfə oxunub

Mayın 17-də İslamiadanın tennis yarışlarının altıncı günündə doqquz atlet qarşılaşacaq.Azərtac xəbər verir ki, kişi və qadın tennisçilərin yarışında yeddisi fərdi, ikisi cütlüklərin oyunu olmaqla gərgin mübarizənin aparılacağı gözlənilir.Kişilər arasında fərdi yarışlarda Özbəkistan-Mozambik, Səudiyyə Ərəbistanı-Oman, Qətər-Benin, Pakistan-Uqanda, Qətər-Pakistan, Uqanda-Malayziya təmsilçiləri bacarıqlarını sərgiləyəcəklər.Fərdi görüşlərdə qadınlar da güclərini sınayacaqlar. Maldiv tennisçisi iranlı atletlə mübarizə aparacaq.Cütlüklərin yarışında isə Pakistan-İran və Azərbaycan-Türkmənistan təmsilçiləri qarşılaşacaqlar.xeber100.com