İtaliyanın Palermo şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnirdə onaltıdabir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, birinci mərhələdə sloveniyalı Kayya Yuvanla çexiyalı Marketa Vondrouşova qarşılaşıblar. Görüş 2 saat yarım çəkib. Mübarizəyə çexiyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:1 hesablı üstünlük qazanan M.Vondrouşova sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 7:5 hesabı ilə qalib gələn K.Yuvan tarazlığı bərpa edib. Sonuncu hissə də K.Yuvanın xeyrinə başa çatıb. Beləliklə, sloveniyalı tennisçi səkkizdəbir finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında almaniyalı Laura Ziqmund, italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var.Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…