İtaliyanın Palermo şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnirdə səkkizdəbir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci mərhələdə estoniyalı Anett Kontaveytlə almaniyalı Laura Ziqemund qarşılaşıblar. Görüş 2 saat 20 dəqiqə çəkib. Mübarizəyə almaniyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:2 hesabı ilə qələbə qazanan Laura sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 6:2 hesabı ilə qalib gələn Kontaveyt tarazlığı bərpa edib. Sonuncu hissə də estoniyalı tennisçinin xeyrinə başa çatıb – 6:2.Beləliklə, A.Kontaveyt dörddəbir finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var. Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…