Avqustun əvvəlinədək tennis turnirlərinin təşkilinə qadağa qoyulsa da, artıq şou xarakterli yarışlar adi bir hala çevrilib. Karantin rejimini başa vuran raketka ustaları indi nəinki normal şəkildə məşq edir, hətta yarışlara da çıxırlar. Artıq tanınmış tennisçilər də belə turnirlərdə iştirak etməyə razılıq verirlər.Azərtac xəbər verir ki, mayın 25-də Avstriyada tanınmış raketka ustalarının iştirakı ilə turnir keçiriləcək. Şou xarakterli yarışda ATP (Peşəkar Tennisçilər Assosiasiyası) reytinqində üçüncü pillədə qərarlaşan Dominik Tim, həmçinin Dennis Novak, Barbara Haas, Tamira Pajek və digərləri də qüvvələrini sınayacaqlar.151 min avro mükafat fondu olan turnirdə 16 kişi və 8 qadın tennisçi çıxış edəcək. Turnir pley-off sistemi ilə deyil, 3 mərhələli dairəvi formatda keçiriləcək. Karantin rejiminə uyğun olaraq tribunalara azarkeş buraxılmayacaq.Qeyd edək ki, müvafiq yarışlar Almaniyada adi hala çevrilməkdədir. Artıq bu ölkədə sayca ikinci belə bir turnir keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…