Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr edilmiş barelyefin açılışı olub.ADNSU-dan Azərtac-a bildiriblər ki, açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı terror hadisəsinin bəşəri bəla olduğunu və onun qarşısının alınmasının zərurililiyini vurğulayıb. Rektor terror qurbanlarının xatirəsinin heç vaxt unudulmayacağını bildirib.Barelyefin hazırlanmasında əməyi olan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən bəhs edib.Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov terror hadisəsinin ağır nəticələrindən danışıb, 30 aprel terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu vurgulayiblar.Mərasimdə çıxış edən, 30 aprel terror qurbanlarının doğmaları və yaxınları barelyefin hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…