Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturunun “Terrorizmlə mübarizə-sərhədsiz əməkdaşlıq” adlı beşinci elmi-praktik konfransı keçirilib.Azərtac xəbər verir ki, tədbirdə təşkilatın üzvü olan ölkələr – Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Hindistan, həmçinin müşahidəçi ölkələrin nümayəndələri, ekspertlər iştirak ediblər.ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru Yevgeni Sısoyev çıxış edərək bildirib ki, təşkilatın xüsusi xidmət orqanları Rusiyanın şəhərlərində 40 terror aktının qarşısını alıblar. Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Qırğızıstanın xüsusi xidmət orqanları ŞƏT-in üzvü olan ölkələrdə terror aktı törətməyi planlaşdıran İŞİD qruplaşmasının üzvlərinin qarşısını alıb. Qazaxıstan tərəfi Qırğızıstan, Rusiya və Özbəkistanda axtarışda olan beynəlxalq terror təşkilatlarının beş üzvünü təhvil verib. Daha dörd terrorçu Qırğızıstanda və Rusiyada saxlanıb.Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…