“Tesla” kompaniyası 2020-ci ildə ABŞ-da pilotsuz taksi servisini işə salmağı planlaşdırır.Azərtac USA Today portalına istinadla xəbər verir ki, bu barədə məlumatı kompaniyanın qurucusu və rəhbəri İlon Mask açıqlayıb.“Tesla” kompaniyasının robot-taksi layihəsinin böyük ehtimalla gələn il işə düşəcəyini bildirirəm. Bu taksilər bütün yurisdiksiyalarda fəaliyyət göstərməyəcək, çünki bütün nizamlama orqanlarının icazəsini ala bilməyəcəyik. Lakin ümidvaram ki, heç olmasa gələn il onların icazəsini ala bilərik”, – Maskın bəyanatında belə deyilir.İlon Maskın hesablamalarına görə, pilotsuz “Tesla” taksilərinin sayı 2020-ci ildə 1 milyona çata bilər. Onları mobil proqram vasitəsi ilə sifariş vermək olar. Kompaniya rəhbəri iki ildən sonra “Tesla”nın sükan və pedalları olmayan avtomobillərin istehsalına başlayacağını qeyd edib.Elektromobil və onlar üçün texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Tesla Motors” kompaniyası 2003-cü ildən fəaliyyətə başlayıb. Kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Elektromobillərdən əlavə özlərinə məxsus texnologiya ilə batareya və elektrik mühərrikləri istehsal edən “Tesla Motors” onları digər avtomobil istehsalçılarına, əsasən “Toyota” və “Daimler” kompaniyalarına satır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…