Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə test bloku ilə əlaqədar elmi-metodik seminar keçirilib.DİM-dən Azərtac-a bildiriblər ki, seminarda ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri müzakirə olunub.DİM-in magistratura üzrə sektorunun böyük məsləhətçisi Rövşən Əsədov proqramın layihəsini və test tapşırığı nümunələrini seminar iştirakçılarına təqdim edib. Seminar iştirakçılarından İ.Cəfərova, A.Abbasquliyev, R.Xəlilov və başqaları təqdim olunan proqram layihəsi və test tapşırığı nümunələri ilə bağlı fikir və təkliflərini bildirib, onları məqbul hesab ediblər. Müzakirələr nəticəsində proqramın və test tapşırığı nümunələrinin redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınıb. Proqram və test tapşırığı nümunələri “Magistr” jurnalının növbəti nömrəsində dərc olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…