Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH mərkəzinin bir qrup tələbəsi universitetin rektor əvəzi Xalıq Yahudova startap layihələri haqqında məlumat veriblər.Universitetdən Azərtac-a bildirilib ki, martın 2-də keçirilən “SABAH” İnnovasiya Forumunda tələbələrin təqdim etdiyi “Wake Me Up”, “LL” , “Smart Energy” və “BeTa” adlı layihələrin hər biri ayrılıqda böyük marağa səbəb olub.Startapçılar öz biznes planlarını da açıqlayıblar. Qeyd olunub ki, “Wake Me Up” layihəsinin reallaşdırılması təhlükəli zamanlarda yuxuya gedən insanlar üçün çox vacibdir. Bu layihənin məhsulu olan xüsusi eynəklər sükan arxasında yuxuya gedən sürücünü ultraqırmızı şüa vasitəsilə oyadır və baş verə biləcək qəzanın qarşısını alır.“Smart Energy” layihəsi isə sənaye üçün çox böyük önəm kəsb edir. Belə ki, layihə çərçivəsində təkmilləşdirilən texnologiya sayəsində qaranlıq tunellərin alternativ enerji ilə işıqlandırılmasını nəzərdə tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…