Yeni “iPhone” smartfon modelinin təqdimatı komplekt hissələrin tədarükü ilə əlaqədar problemlərə görə təxirə salına bilər.Azərtac xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb. Qeyd olunur ki, “Apple” şirkəti “iPhone 8” modelinin istehsalı üçün lazım olan “OLED” ekranların ciddi çatışmazlığı ilə rastlaşıb. Bu səbəbdən yeni qurğunun təqdimatı oktyabrdan tez gözlənilmir. Həmin ay model məhdud sayda satışa çıxarılacaq, geniş tədarüklərə isə noyabr-dekabrda başlamaq nəzərdə tutulur.“Wall Street” analitikləri artıq “Apple” şirkətinin cari maliyyə ili üçün göstəriciləri ilə bağlı proqnozlarını azaldıblar. Buna səbəb kimi sentyabrda satılması gözlənilən milyonlarla yeni “iPhone” modelinin növbəti hesabat dövründə nəzərə alınacağı göstərilir. Bununla yanaşı, bir sıra ekspertlərin fikrincə, təqdimatın təxirə salınması şirkətin kotirovkalarına müsbət təsir göstərəcək və 2018-ci il ABŞ istehsalçısı üçün tarixdə ən uğurlu il olacaq.Bir müddət əvvəl oxşar proqnozla “J.P. Morgan” analitiki Rod Holl çıxış edib. O da “Apple” şirkətinin kəskin “OLED” ekran çatışmazlığı ilə üzləşməsini qeyd edib, lakin onun qənaətinə görə, istehsalla əlaqədar problemlər “iPhone 8” smartfonunun satışlarının başlanmasına səbəb olmayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…