İspaniya Prokurorluğu İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi, portuqaliyalı Joze Mourinyunun Madridin “Real” klubunda işlədiyi dövrdə vergi ödəməməsindən şübhələnir.“The Independent” nəşrinin yazdığına görə, prokurorlar J.Mourinyuya qarşı ittihamın 2011-ci və 2012-ci illərdə 3,3 milyon avro məbləğində vergidən yayınmanı nəzərdə tutan iki bəndi üzrə iddia qaldırıblar.Portuqaliyalı məşqçi “Real”a 2010-2013-cü illərdə başçılıq edib və bu komanda ilə birlikdə İspaniya çempionatını, İspaniya Kubokunu və Superkubokunu udub.Daha əvvəl mətbuatda J.Mourinyunun İspaniya xəzinəsinə 12 milyon avro borcu olması barədə informasiya yayılmışdı.Əvvəllər “Barselona” klubunun hücumçusu Lionel Messiyə, – məhkəmə onu 21 ay müddətinə şərti həbs cəzasına məhkum edib, – habelə “Real”ın ulduzu Kriştianu Ronalduya qarşı da analoji ittihamlar irəli sürülüb.Kriştianu Ronaldu offşor şirkətlər vasitəsilə həyata keçirildiyi reklam kampaniyasının gəlirlərindən 14,7 milyon avro məbləğində vergi ödəməməkdə ittiham olunur. Onun işinə hələ məhkəmədə baxılır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…