Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Kraystçörç məscidlərində törədilən terror aktlarını xüsusi kral komissiyasının araşdıracağını bildirib.Azərtac xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb. Baş nazirin Vellinqtonda keçirilən həftəlik mətbuat konfransındakı çıxışından sitat gətirən qəzet yazır: “Nazirlər Kabineti tərəfindən yaradılan xüsusi kral komissiyası hücumun qarşısının alınması üçün görülən tədbirlərin kifayətedici olmasını, eyni zamanda, xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıracaq”.Baş nazirin sözlərinə görə, komissiyanın diqqət mərkəzində, ilk növbədə, hücuma aparan hadisələr olacaq, həmçinin yaraqlının silahı necə əldə etməsi, baş verənlərdə sosial şəbəkələrin rolu, xüsusi xidmət orqanlarının həyata keçirməli olduğu və keçirdiyi tədbirlər təhlil ediləcək.Komissiyanın tam tərkibinin onun əhatə edəcəyi suallar dairəsi hökumət tərəfindən bütünlüklə dəqiqləşdirildikdən sonra elan ediləcəyi gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…