Vergilər Nazirliyi transfer qiymətləndirmə sahəsində beynəlxalq “Thomson Reuters” şirkəti ilə əməkdaşlığa başlayıb.Azərtac vergilər.az saytına istinadla bildirir ki, bu barədə nazirliyin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə deyib.Baş direktor vurğulayıb ki, transfer qiymətlərində müqayisəli məlumatların (qiymətlərin) əldə olunması mühüm məsələdir: “Bu cür məlumat mənbələrinin ən mühüm komponentlərindən biri mövcud beynəlxalq və regional məlumat bazalarına çıxış imkanı əldə etməkdir”. Onun sözlərinə görə, dünyada transfer qiymətləndirməsi sahəsində fəaliyyət göstərən bu şirkətlə bağlanmış müqavilə bir sıra əsas baza moduluna giriş imkanı yaradır və sözügedən bazadan istifadə olunmaqla mövcud metodlar əsasında qiymətləri müqayisə etmək mümkündür.Nəzərə çatdırılıb ki, məlumat bazalarında adətən müəssisələrin maliyyə göstəriciləri, o cümlədən müəssisələrin dövriyyəsi, aktivlərin həcmi, işçilərin sayı, səhmlərin qiymət və indeksləri, müəssisələrin təşkilati strukturu, investorlar və törəmə müəssisələr haqqında məlumatlar, əlaqə vasitələri və digər lazımi informasiyalar göstərilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…