Fevralın 7-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru G.Gəraybəyli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə praktika meneceri Kristian Aedonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.ATU-dan Azərtac-a bildiriblər ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verən G.Gəraybəyli bildirib ki, ATU-da tədris sistemində daim islahatlar aparılır, təhsilin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət daha da təkmilləşdirilir. Qeyd olunub ki, universitet beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə ciddi önəm verir. Belə ki, bu əlaqələr fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Bu baxımdan Dünya Bankı ilə müştərək layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir.K.Aedo Dünta Bankının təhsil sahəsində gördüyü işlər, dəstəklədiyi proqramlar haqqında məlumat verib. Bildirilib ki, səfərin əsas məqsədi təhsil üzrə milli prioritetləri müzakirə etmək və tələbə krediti proqramları üzrə seminar təşkil etməkdir. Buna görə də bank təmsilçiləri müvafiq dövlət qurumları, universitet rektorları və digərləri ilə görüşlər keçirirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…