Tibb Universitetində pulsuz həkim müayinəsi təşkil olunub

5 İyun 2017 12:14

Xəbər 929 dəfə oxunub

Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayı münasibətilə psixonevroloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün pulsuz həkim müayinəsi təşkil olunub.Universitetdən Azərtac-a bildiriblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Rauf Ağayev klinikada bu tip aksiyaların artıq ənənə halını aldığını deyib.İlk aksiyada klinikaya müraciət edən bütün uşaqlar üçün ümumi neonatoloq və pediatr müayinəsi, həmçinin bəzi önəmli analizlər pulsuz keçirilib. İkinci aksiya isə Şəhər Nevroloji Dispanserində müalicə alan uşaqlar üçün təşkil olunub.R.Ağayevin sözlərinə görə, dispanserdə qeydiyyatda olan uşaqlar arasında serebral ifliclə yatan, nevroloji və somatik xəstəliklərdən müalicə alanlar var. Bu uşaqlar pulsuz olaraq oftalmoloq, travmatoloq, otolorinqoloq baxışından keçib, exo və kardioqramma müayinəsi olunub. Ümumilikdə ikigünlük aksiya zamanı psixonevroloji problemləri olan 40-dək uşaq müayinədən keçib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05