Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsində hirsutizm mövzusunda seminar keçirilib.Azərtac-a bu barədə Tibb Universitetinin mətbuat xidmətindən məlumat veriblər.Seminarda çıxış edən Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov hirsutizmin problemi və ölkəmizdə onun geniş yayılmasından danışıb: “Hirsutizm – cinsindən və yaşından asılı olmayaraq androgendən asılı terminal tüklərin izafi dərəcədə fizioloji nahiyələr çərçivəsindən kənara çıxmasıdır”.Daha sonra endokrinoloq Səbinə Məşədiyeva çıxış edərək problemin yayılma dairəsi və xəstəlikdən asılı olaraq dərman müalicəsinin tətbiqi barədə məlumat verib: “Xəstəlik uşaq və yeniyetmələrdə, subay qızlarda bir, ailə həyatı qurandan sonra isə başqa bir sxemlə inkişaf edir. Hirsutizmə daha çox avropoid irqdə, dənizsahili və Orta Şərq ölkələrində rast gəlinir və onun yayılmasında genetik faktorlar və hava şəraitinin də böyük təsiri var”.Seminarın davamında hirsutizmin müalicəsində müasir müayinə üsulları və təsirli dərman vasitələri barədə də müzakirə aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…