Tibb Universitetində seminarlar təşkil olunacaq

22 May 2017 15:17

Xəbər 1009 dəfə oxunub

Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında tələbələr və rezidentlər üçün seminarlar keçirilir.ATU-nun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, seminarda kafedranın müdiri Nazim Pənahov tədbir iştirakçılarına seminarın mahiyyətindən danışıb. Bildirilib ki, qeyri-iş günlərində təşkil olunan seminarlara ortopedik stomatologiya sahəsinin tanınmış mütəxəssisləri cəlb edilib.N.Pənahov bildirib: “Tədbirdə I və III kurs rezidentləri, eləcə də yuxarı kurs tələbələri iştirak edirlər. Onların sualları mütəxəssislər tərəfindən cavablandırılır. Sayca ikinci seminarımızdır və tədbiri davamlı olaraq hər ay keçirməsi nəzərdə tutulur. İlk seminarda ”Stomatologiyada 3D planlama və tomoqrafiya” mövzusunu seçmişdik. Seminarı ATU-nun ortopedik stomatologiya kafedrasının doktorantı Rüfət Hüseynov aparıb və çox müsbət qarşılanıb”.İkinci seminar ATU-nun ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədovun moderatorluğu ilə keçirilib. O, “Dişətrafı bioloji enin formalaşması-anatomiyası və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, parodontologiyadan bəhs edən mövzu dünya stomatologiyasının aktual problemlərini əhatə edir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05