Tibb Universitetinin məlumatı əsasında…

18 Dekabr 2017 13:11

Xəbər 1742 dəfə oxunub

Azərbaycan Tibb Universiteti (ATU) ilə İstanbul Universiteti rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən rezident və gənc həkimlər üçün mütəmadi onlayn kurslar təşkil olunur.ATU-dan Azərtac–a bildiriblər ki, növbəti belə kurs universitetin Tədris Cərrahiyyə Klinikasında baş tutub. İstanbul Universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin rəhbərliyi və ATU-nun ümumi cərrahiyyə və I cərrahiyyə xəstəlikləri kafedralarının rəhbərliyinin vasitəçiliyi ilə keçirilib. İki gün davam edən təlimdə çoxsaylı gənc Azərbaycan həkimləri Türkiyənin tanınmış tibb alimlərinin onlayn mühazirələrini dinləyib, müxtəlif mövzularda suallar səsləndiriblər.Kurs barəsində məlumat verən ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev bildirib ki, Beynəlxalq Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti həm Türkiyədə, həm də Avropada nüfuz qazanmış qurumdur: “Həkimlərimiz təlimlərdə fəal iştirak edirlər. Kursu başa vuranlara sertifikatlar veriləcək. Gələn ilin yanvarında endoskopik-laparoskopik, yoğun və nazik bağırsaq əməliyyatları ilə bağlı onlayn kursun keçirilməsini də planlaşdırılır.I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov da onlayn kursların təşkilinin yaxşı ənənə olduğunu bildirib: “Artıq neçə illərdir universitetimiz ilə xarici universitetlər arasında bir neçə belə onlayn kurslar və konfranslar keçirilib. Universitetimizin ümumi cərrahlıq kafedrası tərəfindən təşkil edilən təlim maddi baxımdan sərfəlidir. Bu cür onlayn kursların gələcəkdə də təşkili nəzərdə tutulur”.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05