Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən LOR (Qulaq-burun-boğaz) kabineti fəaliyyətə başlayıb.ATU-nun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, kabinetin fəaliyyənin səmərəliyini artırmaq üçün burada artıq audiometriya və timpanometriya olmaqla daha iki müayinə metodları yerinə yetiriləcək. Bunun üçün kabinet “Otometrics” audiometri və timpanometri ilə təchiz olunub.Audiometriya metodu vasitəsilə eşitmə qabiliyyəti yoxlanılır. Bu cihazın kamera ilə təchiz olunması müayinənin daha dəqiq aparılmasına şərait yaradır. Bu metod vasitəsilə beş yaşdan yuxarı uşaqlar və böyüklərdə eşitmə yoxlanılılır.Timpanometriya orta qulağın funksiyasının obyektiv müayinə metodudur. Orta qulağın sümük sistemi, yevstax borusu, təbil pərdəsi və bu sistemlərin bir-biri ilə əlaqəsini göstərən çox sadə müayinə metoddur və yaşından asılı olmayaraq bütün xəstələrə tətbiq edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…