Tibb Universitetinin məlumatına görə…

8 Mart 2017 14:34

Xəbər 979 dəfə oxunub

Azərbaycan Tibb Universitetinin həkimləri piylənmədən və artıq çəkidən xilas olmaq istəyənlərə yeni növ əməliyyat təklif edirlər.Universitetin mətbuat xidmətindən Azərtac-a daxil olan xəbərə görə, bu barədə Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov məlumat verib. Həkimin dediyinə görə, uzun illərdən bəridir ki, piylənməyə qarşı mübarizədə cərrahi üsuldan istifadə edilir. Həmin üsula əsasən bədən kütlə indeksi 35-dən çox olan, qeyri-cərrahi yolla arıqlaya bilməyən və piylənmə nəticəsində yaranmış bir neçə patologiya ilə üzləşən xəstələr məruz qalırlar. Lakin cərrahi üsul bu sahədə son vasitədir və əgər beynəlxalq təcrübəyə əsaslanaraq düzgün seçim edilməsə xəstə onun səmərəsini görməyə bilər. Bariatik metabolik (mədə kiçildmə) cərrahiyyə müasir üsullarla həyata keçirilən və dünyada geniş yayılan əməliyyatlardan biridir. Azərbaycan həkimləri bir neçə üsulu birləşdirən və minimum az fəsadla ötüşən yeni əməliyyat növü təklif ediblər. Bu, mədəkiçildilməsi zamanı standart üsulla müqayisədə daha dar və həcm baxımından kiçik mədə formalaşadırmaq üçün yeni təklifdir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05