Azərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.ATU-nun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli təbrik nitqi ilə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranmasının tarixi haqqında danışıb: “Milli dirçəlişə, həmrəyliyin möhkəmləndirilməsinə tələbatın artması səbəbindən 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Beləliklə, Azərbaycan xalqı üçün hər il 31 dekabr qoşa bayram sevinci ilə yadda qalır. Sizi bu bayram münasibətilə təbrik edir, hər birinizə xoş günlər, mehribançılıq və işlərinizdə müvəffəqiyyətlər diləyirəm”.Tədbirdə ATU rektorunun təşəbbüsü ilə təsis olunmuş mükafatların təqdimat mərasimində universitetin ictimai həyatında fəal iştirakı, elmi-pedaqoji fəaliyyətləri və gənc elmi kadrların hazırlanmasında xidmətlərinə görə bir sıra professor təltif olunub.Tələbələr arasında “Ən yaxşı müəllim” nominasiyası üzrə keçirilmiş sorğuya əsasən ən çox səs toplayan farmakologiya kafedrasının müəllimi, dosent Kamandar Yaqubov fəxri fərmana layiq görülüb. Bundan əlavə “İlin ən yaxşı elmlə məşğul olan tələbəsi”, “İlin ən yaxşı dərsə davamiyyəti olan və dərslərini yaxşı oxuyan tələbəsi” və “İlin ən aktiv tələbəsi” müsabiqələri üzrə qaliblər müəyyənləşdirilib.Tədbir əsnasında tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub.Bayram mərasimi bədii hissə ilə davam etdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…