“Tokio-2020” Paralimpiya Oyunlarına hazırlıq müzakirə olunub

15 Oktyabr 2018 11:38

Xəbər 876 dəfə oxunub

Milli Paralimpiya Komitəsində (MPK) atletika idman növü üzrə Paralimpiya millimizin üzvlərinin iştirakı ilə iclas keçirilib.Azərtac xəbər verir ki, MPK-nın prezidenti İlqar Rəhimovun rəhbərliyi altında iclasa atletika idman növü üzrə milli komandanın baş məşqçiləri, şəxsi məşqçilər və idmançılar qatılıblar.İclasda 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.xeber100.com