“Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında

28 Dekabr 2019 12:21

Xəbər 584 dəfə oxunub

Azərbaycan “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında 32 idmançı ilə təmsil oluna bilər.Azərtac xəbər verir ki, bu sözləri dekabrın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə qurumun rəhbəri İlqar Rəhimov deyib.İ.Rəhimov bildirib ki, idmançılarımız Tokioda idmanın 7 növü üzrə güclərini sınayacaqlar. “Rio 2016” Paralimpiya Oyunlarında 24 atletimiz idmanın altı növü üzrə mübarizə apardı. İndi isə hədəf 7 idman növüdür. Bu il parataekvondo üzrə də lisenziya əldə olundu.xeber100.com