“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkü atılıb.Azərtac xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.İyulun 24-də Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Nquyen Van Duonq (Vyetnam), Lorenzo Sotomayor (69 kq) Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev (+91 kq) Denis Latıpov (Bəhreyn) ilə qarşılaşacaqlar. İyulun 25-də Cavid Çələbiyev (63 kq) Ukrayna təmsilçisi Yaroslav Hartsiz ilə üz-üzə gələcək.Mübarizəyə səkkizdəbir finaldan başlayacaq Alfonso Dominqesin (81 kq) rəqibi Emmett Brennan (İrlandiya) – Dilşodbek Ruzmetov (Özbəkistan) qarşılaşmasının qalibi olacaq. Təmsilçimiz ilk görüşünü iyulun 28-də keçirəcək.Qeyd edək ki, Olimpiadanın boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…