Avqustun 6-da – “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə 89 ölkənin idmançıları medal qazanıblar.Azərtac xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 36 qızıl, 26 gümüş və 17 bürünc medal qazanıblar. İkinci pillədə 31 qızıl, 36 gümüş və 31 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 24 qızıl, 11 gümüş və 16 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.Böyük Britaniya 18 qızıl, 20 gümüş, 20 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 17 qızıl, 23 gümüş və 22 bürünc medalla beşincidir. İlk onluğu Avstraliya (17-6-21), İtaliya (10-10-18), Almaniya (9-11-16), Niderland (9-10-12) və Fransa (7-11-9) tamamlayır.Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 15-ci günündə bir gümüş medal qazanıb. Karateçimiz kumite yarışlarının finalında uduzaraq gümüş medalla kifayətlənməli olub. Bundan başqa, millimizin üç idmançısı – qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov komandamızın aktivinə bürünc medallar yazdırıblar. Həmçinin sərbəst güləşçimiz Hacı Əliyev 65 kiloqram çəki dərəcəsində yarışın finalına yüksəlməklə ən azı gümüş medalı təmin edib.Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…