Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.Azərtac xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın on altıdabir final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.C.Çələbiyev səkkizdəbir finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…