Avqustun 8-də Tokio XXXII Yay Olimpiya Oyunları başa çatır.Azərtac xəbər verir ki, yarışların son günündə kişilər arasında marafon qaçışında keniyalı Eliud Kipçoqe Olimpiya çempionu adını saxlamağa nail olub. “Rio-2016”nın qalibi olmuş 36 yaşlı idmançı marafonu inamla qaçaraq, yarışı 2 saat 8 dəqiqə 38 saniyə nəticə ilə birinci başa vurub.E.Kipçoqe Olimpiya mərhələsində dalbadal iki qızıl medal qazanan üçüncü qaçışçı olub. Kişilər arasında marafon qaçışının dünya rekordu da ona məxsusdur – 2 saat 1 dəqiqə 39 saniyə.Olimpiya Oyunlarında bu idman növü üzrə ikinci yeri niderlandlı Abdi Naqiay, üçüncü yeri isə Belçika idmançısı Bəşir Abdi tutub.Tokioda isti hava şəraitinə görə yarış Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilib. Buna baxmayaraq, marafon qaçışına qatılan 100-dən artıq idmançıdan yalnız 30-u finişə çata bilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…