Tokioda Olimpiya Oyunlarının nəhəng loqosu quraşdırılıb

17 Yanvar 2020 13:34

Xəbər 506 dəfə oxunub

Yanvarın 17-də Tokionun Odayba adasındakı dənizkənarı parkda Olimpiya Oyunlarının mavi, sarı, qara, yaşıl və qırmızı rəngli halqalardan ibarət nəhəng loqosu quraşdırılıb.Azərtac xəbər verir ki, Yokohama şəhərində quraşdırılan loqo səhər saatlarında sahil rayonuna gətirilərək triatlon yarışlarının keçiriləcəyi ərazidə yerləşdirilib. Olimpiya Oyunlarının rəmzinin rəsmi açılış mərasimi yanvarın 24-də keçiriləcək.Yaponiya paytaxtında iyulun 24-də başlayacaq Olimpiya Oyunlarının bu nəhəng loqosunun eni 32,6, hündürlüyü isə 15,3 metrdir. Rəmzin quraşdırıldığı sahil parkı gözəlliyi ilə yanaşı, buradan açılan paytaxt mənzərəsi, “Göyqurşağı körpüsü” və “Tokio qülləsi” ilə də diqqəti cəlb edir.xeber100.com