Topaz Premyer Liqada 9-cu tura start verilib

27 Oktyabr 2018 21:12

Xəbər 680 dəfə oxunub

Bu gün Topaz Premyer Liqada 9-cu tura start verilib.Milli.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Turun açılış matçında debütant “Sabah” autsayder “Zirə”ni qəbul edib və rəqibini məğlub edib – 2:1. Bu qələbə ilə “Sabah” yenidən 3-cü pilləyə yüksəlib.Günün digər oyununda isə “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.xeber100.com