Topaz Premyer Liqada 9-cu tura yekun vurulub

28 Oktyabr 2018 21:30

Xəbər 706 dəfə oxunub

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub. Milli.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Səbail” autsayderlər qrupunda yer alan “Keşlə”ni qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 16-a çatdıran Aftandil Hacıyevin komandası 3-cü pilləyə yüksəlib.Turun mərkəzi görüşü isə “Bakcell Arena”da olub. Burada çempionatın lideri “Neftçi” ikinci pillədə qərarlaşan “Qarabağ”ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.Bu komandalar arasında ilk dövrədə “Azersun Arena”dakı görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib.xeber100.com