Topaz Premyer Liqasında hakim təyinatları açıqlanıb

13 Sentyabr 2018 12:48

Xəbər 1034 dəfə oxunub

Topaz Premyer Liqasında üçüncü turun oyunlarına hakim təyinatları açıqlanıb.Peşəkar Futbol Liqasından Azərtac-a bildiriblər ki, sentyabrın 14-də “Azərsun Arena” stadionunda “Qarabağ”–“Sumqayıt” qarşılaşmasını hakim İnqilab Məmmədov idarə edəcək.Sentyabrın 15-də “Bayıl Arena”da keçiriləcək “Səbail”–“Zirə” görüşünün əsas hakimi Rəşad Əhmədov olacaq.“Əlincə Arena”da oynanılacaq “Sabah”–“Qəbələ” matçına əsas referi Rauf Cabbarov təyin olunub. “Bakcell Arena”da keçiriləcək “Neftçi”- “Keşlə” oyununda baş hakim funksiyasını Ramil Diniyev yerinə yetirəcək.Qeyd edək ki, “Qarabağ”–“Sumqayıt” oyunu 20:00-da, “Səbail”–“Zirə” 20:30-da, “Sabah”–“Qəbələ” 19:00-da, “Neftçi” -“Keşlə” oyunu isə saat 21:00-da başlayacaq.Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.xeber100.com