Mayın 21-də Topaz Premyer Liqasında sonuncu turun oyunu keçirilib.Azərtac xəbər verir ki, “Azərsun Arena”da baş tutan oyunda çempionluğunu vaxtından əvvəl təmin etmiş “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Çempionatın iki liderinin qarşıdurmasında ağdamlılar 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 22-ci dəqiqədə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.Beləliklə, yekun turnir cədvəlində “Qarabağ” 65 xalla birinci, “Qəbələ” 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44), “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları yer alıb.“Qarabağ” – “Qəbələ” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. “Qarabağ”a qızıl, “Qəbələ”yə gümüş, “Neftçi” klubuna isə bürünc medallar təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…