Topaz Premyer Liqasında XI tura start verilib

5 Noyabr 2016 15:42

Xəbər 923 dəfə oxunub

Noyabrın 5-də futbol üzrə Topaz Premyer Liqasında XI tura start verilib. Azərtac xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq iki həftəlik fasilə öncəsi keçirilən tur iki gün davam edəcək. Turun açılış matçı Gəncədə oynanılıb. “Kəpəz” klubu “Sumqayıt”ı qəbul edib. Komandaların hücum qurmaq cəhdlərinə baxmayaraq görüş qolsuz heç-heçə başa çatıb. Bu görüşdən sonra Gəncə klubunun 12 xalla beşinci pillədəki mövqeyi dəyişməyib. Hesabında 10 xal olan “Sumqayıt” isə turnir cədvəlində altıncı pillədə yer alıb.xeber100.com