Topaz Premyer Liqasının 25-ci turunun ikinci matçında…

10 Aprel 2017 11:54

Xəbər 701 dəfə oxunub

Aprelin 9-də Topaz Premyer Liqasının 25-ci turunun ikinci matçında çempionatın liderləri qarşılaşıb.Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda çempionatın lideri Ağdamın “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Qəbələ”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb – 0:0.Beləliklə, bu heç-heçə ilə komandalar arasındakı 4 xallıq fərq dəyişməyib.Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” liderdən 4 xal geri qalır. Üçüncü pillədə qərarlaşan “İnter”in isə 42 xalı var.xeber100.com