Oktyabrın 21-də Topaz Premyer Liqasının IX turunun ikinci gününün ilk oyununda Gəncə şəhər stadionunda “Kəpəz” klubu paytaxt təmsilçisi “Neftçi”ni qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə qonaqlar minimal hesabla qalib gəliblər. Oyunda yeganə qolu 41-ci dəqiqədə Ruslan Abışov meydan sahiblərinin qapısından keçirib.Matçın ikinci hissəsində “Kəpəz”in hesabı bərabərləşdirmək səyləri heç bir nəticə verməyib və görüş “Neftçi”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb.Beləliklə, ardıcıl üçüncü qələbəsini qazanaraq xallarının sayını 10-a çatdıran “Neftçi” beşinci pilləyə yüksəlib. “Kəpəz” klubu isə dörd xalla turnir cədvəlində sonuncudur.Günün ikinci qarşılaşmasında isə “Kapital Bank Arena”da “Sumqayıt və “Zirə” klubları üz-üzə gələcəklər.Turun maraqla gözlənilən qarşılaşması oktyabrın 22-də keçiriləcək. Həmin gün “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək.Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü pillədədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…