Topaz Premyer Liqasının V turu çərçivəsində

17 Sentyabr 2017 10:59

Xəbər 755 dəfə oxunub

Sentyabrın 16-da Topaz Premyer Liqasının V turu çərçivəsində paytaxtın “Neftçi” və “Zirə” komandaları qarşılaşıblar.Azərtac xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşdə “Zirə” komandası 2:1 hesabı ilə qalib gəlib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı matçın 17-ci dəqiqəsində qonaqlar açıblar. “Zirə”nin heyətində Vüsal İsgəndərli adını tabloya yazdırıb. İlk hissə bu hesabla başa çatıb.İkinci hissənin əvvəlində – qarşılaşmanın 52-ci dəqiqəsində Riçard Qadze hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin qonaqların sevinci cəmi bir dəqiqə davam edib. “Neftçi”nin legioneri Uqo Barqas 53-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb – 1:2.Matçın 86-cı dəqiqəsində ev sahiblərinin heyətində Mirabdulla Abbasov qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyub. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbədən sonra “Zirə” komandası xallarının sayını 13-ə çatdıraraq liderliyini davam etdirir. “Neftçi” isə 1 xalla sonuncu sırada qərarlaşıb.“İnter”-“Sumqayıt” (1:1) oyunu ilə start verilən beşinci tura sentyabrın 17-də “Səbail”-“Qəbələ” və “Qarabağ”-“Kəpəz” görüşləri ilə yekun vurulacaq.xeber100.com