Oktyabrın 14-də futbol üzrə Topaz Premyer Liqasının VIII turu çərçivəsində günün ikinci oyununda “Sumqayıt” komandası “Qəbələ” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Sumqayıtda “Kapital Bank Arena”da keçirilən görüşün ilk hissəsində “Qəbələ” komandası hesabı açıb. Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun 29-cu dəqiqəsində Famussa Kone topu qapıdan keçirib.Qarşılaşmanın ikinci hissəsində Sumqayıt şəhər təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, oyunda hesabı bərabərləşdirmək mümkün olmayıb.Beləliklə, görüş “Qəbələ”nin 1:0 hesablı qalibiyyəti ilə başa çatıb və komanda aktivindəki xallarının sayını 16-ya çatdırıb.Xatırladaq ki, günün ilk oyununda “Zirə” komandası doğma meydanda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.Turun sonuncu matçı oktyabrın 15-də “Səbail” və “Neftçi” komandaları arasında olacaq.Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” liderlik edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü, “Sumqayıt” 10 xalla dördüncü, “İnter” 8 xalla beşinci pillədədir. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq, “Səbail” (6 xal), “Neftçi” (4 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…