Fevralın 28-də Topaz Premyer Liqasının XX turunun sonuncu oyununda “Qarabağ” komandası “İnter”ə məğlub olaraq çempionatda liderliyi əldən verib.Azərtac xəbər verir ki, “Azərsun Arena”da oynanılan görüş qarşılıqlı hücumlar şəraitində keçib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsində hesab açılmayıb.Matçın taleyini müəyyən edən yeganə qol matçın 72-ci dəqiqəsində qeydə alınıb. “İnter”in futbolçusu Zurab Xizanişvili ağdamlıların qapısına yol tapıb. Qalan dəqiqələrdə “Qarabağ”ın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.XX turdan sonra çempionatdakı ikihakimiyyətliliyə son qoyulub. Bu gün Gəncədə “Kəpəz” ilə oyunda heç-heçədən (1:1) sonra aktivində 43 xal olan “Qəbələ” turnir cədvəlinə başçılıq edir. “Qarabağ” 42 xalla ikinci, “İnter” isə 36 xalla üçüncü sıradadır. Digər yerlərdə isə müvafiq olaraq, “Zirə” (26 xal), “Sumqayıt” (25), “Neftçi” (20), “Kəpəz” (17) və “AZAL” (18) komandaları qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…