Topaz Premyer Liqasının XXV turuna start veriləcək

27 Aprel 2018 12:24

Xəbər 652 dəfə oxunub

Aprelin 27-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start veriləcək.Azərtac xəbər verir ki, turun açılış matçında son altı ev oyununda xal qazana bilməyən “Zirə” çempionluğu təmin etmiş “Qarabağ”ı qəbul edəcək. “Zirə” idman kompleksinin stadionunda təşkil ediləcək qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Oyun saat 19:00-da başlayacaq.Turun digər matçları aprelin 28-də və 29-da oynanılacaq. “Qəbələ” klubu öz meydanında Gəncənin “Kəpəz” kollektivini qəbul edəcək. Digər oyunda paytaxt təmsilçiləri “Keşlə” və “Neftçi üz-üzə gələcəklər. Tura aprelin 29-da “Sumqayıt”-“Səbail” oyunları ilə yekun vurulacaq.xeber100.com