Aprelin 29-da Topaz Premyer Liqasının XXV turuna yekun vurulub.Azərtac xəbər verir ki, “Kapital Arena”da keçirilən qarşılaşmada “Sumqayıt” gözlənilmədən “Səbail”ə məğlub olub. Oyunun ilk dəqiqələrindən hücuma keçən meydan sahibləri rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, hesabı “Səbail” klubu açıb. Matçın 32-ci dəqiqəsində Farouk Miya fərqlənib – 0:1. Qoldan yeddi dəqiqə sonra qonaqlar hesab arasındakı fərqi artırıblar. Akşin Qurbanlı adını tabloya yazdırıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.Fasilədən sonra 76-cı dəqiqədə meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Amil Yunanovun vurduğu qolla hesab 1:2 olub. Bu, milli komandanın hücumçusunun cari çempionatda vurduğu 8-ci qol olub. Rəvan Həmzəzadənin idarə etdiyi oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib. Beləliklə, matç “Səbail” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.Turnir cədvəlinə vaxtından əvvəl çempionluğu bayram edən “Qarabağ” 62 xalla başçılıq edir, “Qəbələ” 45 xalla ikinci, “Sumqayıt” isə 39 xalla üçüncü sıradadır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…