Topaz Premyer Liqasının XXV turunun sonuncu oyununda…

11 Aprel 2017 11:00

Xəbər 679 dəfə oxunub

Aprelin 10-da Topaz Premyer Liqasının XXV turunun sonuncu oyununda “Sumqayıt” komandası paytaxt təmsilçisi “AZAL”ın qonağı olub.Azərtac xəbər verir ki, baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 22-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Amil Yunanov hesabı açıb – 1:0. Görüşün 41-ci dəqiqəsində Ruslan Əmircanov “AZAL”ın bərabərlik qolunu vurub. Oyunun 64-cü dəqiqəsində Mirabdulla Abbasov yenidən “Sumqayıt”ı hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun bu hesabla da başa çatıb.Beləliklə, 25 turdan sonra turnir cədvəlinə 53 xalla “Qarabağ” liderlik edir. “Qəbələ” 49 xalla ikinci, “İnter” isə 43 xalla üçüncü pillədədir. Digər yerləri isə müvafiq olaraq, “Zirə” (32), “Sumqayıt” (31), Kəpəz (27), “Neftçi”(26) komandaları tuturlar. Aktivində 24 xal olan “AZAL” isə sonuncu pillədədir.xeber100.com