Mayın 4-də “Kəpəz” – “Sumqayıt” oyunu ilə futbol üzrə Topaz Premyer Liqasının XXVI turuna start veriləcək.Azərtac xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçı Gəncə şəhər stadionunda oynanılacaq. Çempionatın XXV turunda “Kəpəz” səfərdə “Qəbələ”yə, “Sumqayıt” isə öz meydanında “Səbail”ə məğlub olub. Rəhim Həsənovun idarə etdiyi oyun saat 16:00-da başlayacaq.Turun ikinci günündə – mayın 5-də “Keşlə” klubu səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Zirə” səfərdə “Səbail”in qonağı olacaq.Mayın 6-da isə “Qarabağ” və “Neftçi” klubları üz-üzə gələcəklər. Bu oyundan sonra tura yekun vurulacaq.Qeyd edək ki, hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 45 xalla ikinci, “Sumqayıt” isə 39 xalla üçüncü pillədədir.Digər pillələrdə isə müvafiq olaraq, “Neftçi” (37), “Zirə” (35 xal), “Keşlə” (24), “Səbail” (23) və “Kəpəz” (13) klubları qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…