Topaz Premyer Liqasının XXVI turunda

6 May 2018 16:53

Xəbər 660 dəfə oxunub

“Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib.Apasport.az saytının məlumatına görə, bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən “Qəbələ” – “Keşlə” matçından sonra müəyyənləşib.Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl “Sumqayıt” büdrədiyindən, “Qəbələ” ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, “qırmızı-qaralar” mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi.Sabah “Neftçi” “Qarabağ”la görüşdə qələbə qazana bilməsə, o zaman “Qəbələ” sona 2 tur qalmış gümüş medalı təmin edəcək.xeber100.com