Fransanın “Total” şirkətinin mütəxəssisləri SOCAR-da 25 nəfərlik mütəxəssis heyəti üçün təlim-seminarlar keçirib, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, beş gün davam edən seminarda təlim və inkişaf sahəsi üzrə təlim ehtiyaclarının təhlili, təlim büdcəsinin işlənməsi, təlimlərin effektivliyinin ölçülməsi, kouçinq və mentorluq proqramları, elektron təlimlər və digər məsələlər, işə qəbul sahəsi üzrə müsahibə bacarıqları, davranış səriştəsinin düzgün qiymətləndirilməsi, işə qəbulun planlaşdırılması, əmək bazarının araşdırılması və digər məsələlər, karyera planlaması sahəsi üzrə səriştələrin qiymətləndirilməsi, perfomansın qiymətləndirilməsi zamanı yol verilən xətalar, istedadların idarə edilməsi, karyera inkişafı, mükafatlandırma, iş analizi, insan resursları sahəsi üzrə müxtəlif qiymətləndirmə üsullarının tətbiqi və sair mövzular müzakirə edilib, “Total” şirkətinin təcrübəsi öyrənilib.Bildirilib ki, 2008-ci ildən bu günədək “Total” və SOCAR əməkdaşlığı çərçivəsində 28 nəfər azərbaycanlı gənc Fransada təhsil alıb vətənə qayıdıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…