“Audi Cup” futbol turnirinin final qarşılaşmasında İngiltərənin “Tottenham” klubu Almaniyanın “Bavariya” komandası ilə görüşüb.Azərtac xəbər verir ki, “Alyans Arena”da baş tutan qarşılaşma gərgin hücumlarla yadda qalıb. Oyunda hesabı 19-cu dəqiqədə İngiltərə klubunun yarımmüdafiəçisi Erik Lamela açıb. Birinci hissə elə bu hesabla bitib 1:0. İkinci hissənin 59-cu dəqiqəsində “Tottenham” klubu ikinci dəfə fərqlənib. Bu dəfə hücumçu Harri Keynin ötürməsini dəqiq yerinə yetirən Kristian Eriksen komandasının ikinci qolunu vurub. Lakin Münhen təmsilçisi Jann Fiete Arp cəmi iki dəqiqə sonra hesab arasındakı fərqi azaldıb 2:1. Almaniya klubu 81-ci dəqiqədə hesaba tarazlıq gətirib. Alfonso Davies özünün birinci, komandasının ikinci qolunu vurub. Oyunun əsas vaxtı 2:2 bitdiyi üçün qalib on bir metrlik cərimə zərbələrində məlum olub. On bir metrlik cərimə zərbələrində isə “Tottenhem” klubu 6-5 hesabı ilə Münhen təmsilçisini məğlub edib.Turnirin 3-cü yeri uğrunda mübarizədə isə “Real Madrid” İstanbulun “Fənərbağça” klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda qapılara 8 qol vurulub. Görüş 5:3 Madrid klubunun xeyrinə bitib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…