“Tottenhem” futbol klubu yeni rekorda imza atıb

3 Fevral 2019 12:20

Xəbər 711 dəfə oxunub

“Tottenhem” klubu Premyer Liqada yeni rekorda imza atıb.Milli.az xəbər verir ki, London təmsilçisi Premyer Liqanın 25-ci turunda “Newcastle United”i öz meydanında 1:0 hesabıyla məğlub edib. Bununla da “Tottenhem” ardıcıl 29 oyundur ki, Premyer Liqada heç-heçə etmir.London təmsilçisi son 29 oyunda 22 qələbə qazanıb, 7 dəfə də məğlub olub.Qeyd edək ki, Premyer Liqada sonuncu dəfə Bolton 2011-ci ildə 28 oyun ardıcıl heç-heçə etməmişdi.xeber100.com