“Tottenhem” futbol komandası müqaviləni yeniləyib

23 Dekabr 2016 11:30

Xəbər 848 dəfə oxunub

İngiltərənin “Tottenhem” futbol komandası qapıçısı Yuqo Lloris ilə müqaviləni yeniləyib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə 2022-ci ilədək müqavilə imzalanıb.2012-ci ildə “Lion”dan London təmsilçisinə transfer olunan Fransa millisinin qolkiperi cari mövsümdə komandasının heyətində İngiltərə çempionatında 15 oyunda meydana çıxıb və 11 top buraxıb.xeber100.com